İran İslam Respublikası Xarici İşlər Nazirliyinin sözçüsü Nasir Kənani Fars Körfəzi Əməkdaşlıq Şurasına üzv ölkələrin xarici işlər nazirlərinin Dohada keçirilən 160-cı iclasının yekun bəyanatında ölkəmizlə bağlı müddəaları qeyri-konstruktiv xarakterli və nəticəsiz adlandırıb.
Kənani Fars körfəzinin İran adaları ilə bağlı bəndi rədd edərək, İranın üç adası; Əbu Musa, Böyük Tunb və Kiçik Tunbun İran İslam Respublikasının ərazisinin ayrılmaz və əbədi hissəsi olduğunu vurğulayıb.
O əlavə edib: İran İslam Respublikası qeyd olunan üç ada ilə bağlı hər hansı iddianı öz daxili işlərinə və ərazisinə müdaxilə hesab edir və bunu qəti şəkildə pisləyir.
Kənani ölkəmizin nüvə proqramı ilə bağlı məsələyə də işarə edib və əlavə edib: İran İslam Respublikası həmişə beynəlxalq qanunlara və öz öhdəliklərinə əməl edib, buna görə də sülhməramlı nüvə proqramı ilə bağlı əsassız bəyanatları dəyərsiz hesab edir.
Xarici siyasət idarəsinin sözçüsü sonda vurğulayıb: İran İslam Respublikası hökuməti özünün strateji baxışı və prinsipial siyasətinə əsaslanaraq, regional problemlərin həllini həmişə qonşuları ilə qarşılıqlı fəaliyyət və əməkdaşlıq əsasında nəzərdən keçirir və ikitərəfli və çoxtərəfli əlaqələr və əməkdaşlıq sahəsində konstruktiv təşəbbüsləri alqışlayır.
Sizin rəyiniz